Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

“Şəhid Şəhər” adlı Respublika Uşaq Rəsm müsabiqəsi elan olunur

24.01.2019

Bakıda Xocalı soyqırımının 27-ci ildönümünə həsr olunmuş “Şəhid şəhər” adlı uşaq rəsm müsabiqəsi elan olunub.

Rəsm müsabiqəsi Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verlişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə keçirilir.

15 yaşadək uşaqların qatıla biləcəyi müsabiqənin son qeydiyyat tarixi fevralın 8-də bitir. İştirak etmək istəyənlər öz sənət əsərlərini xsm.2016@mail.ru elektron ünvanına göndərə bilərlər. Rəsmdə mövzu və düzgün kompozisiyaya üstünlük veriləcək. Ən çox uşaqların öz duyğu və düşüncələri ilə işlənmiş əsərləri seçiləcək .

Münsiflər heyətinin seçimi əsasında birinci turdan keçmiş əsərlər müsabiqənin yekun sərgisində nümayiş olunacaq.

Sonda qaliblər diplom və təşəkkürnamə ilə təltif ediləcəklər.

 

104.4 KB